- Millətlər liqası
- 00:30 11.11.2026
“İnter”in hücumçusu Markus Türam zədə səbəbindən Fransa millisinin Millətlər Liqası çərçivəsində İtaliya və Türkiyə yığmalarına qarşı keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Fransalı forvard bazar günü “Komo” ilə görüşdə (2:0) sağ ayağının arxa bud əzələsindən zədə alıb.
Qeyd edək ki, Zinəddin Zidan sentyabr toplanışını buraxan Türamı bu dəfə milliyə dəvət etmişdi. Lakin hücumçu komanda ilə məşqlərə başlaya bilməyib və həkimlərin nəzarəti altında qalıb. Futbolçunun vəziyyətində yaxşılaşma olmadığı üçün millinin tibbi heyəti onun “İnter”in düşərgəsinə qayıtmasına qərar verib.
Türamın əvəzinə Zidan “Bornmut”un hücumçusu Eli Junior Krupini milliyə dəvət edib.
Xatırladaq ki, daha əvvəl Uilyam Saliba, Pyer Kalülyu, Jül Kunde, Maksans Lakrua, Manu Kone, Usman Dembele və Esteban Lepol da zədə səbəbindən Fransa millisinin düşərgəsindən ayrılıblar. Dayo Upamekano isə diskvalifikasiya səbəbindən İtaliya ilə görüşdə iştirak etməyəcək.