- Millətlər liqası
- 00:30 11.11.2026
Rafinyanın Braziliya millisinin heyətində keçirdiyi son toplanışlar futbolçu üçün zədə ilə başa çatıb.
90deqiqe.Az-ın "Globo Esporte" nəşrinə istinadən məlumatına görə, buna görə də hücumçunun noyabr toplanışı üçün “sambaçılar”ın heyətinə dəvət olunması Kataloniya klubunda narahatlıq yaradıb.
“Barselona” Rafinya ilə bağlı Braziliya millisi ilə razılığa gəlib. Tərəflər qarşıdakı oyunlarda hücumçunun meydanda keçirəcəyi vaxtı məhdudlaşdırmaq barədə razılaşıblar.
Braziliya millisi bu ay Yaponiya və Sinqapur yığmaları ilə yoldaşlıq oyunları keçirəcək.
Qeyd edək ki, Rafinya 2026/2027 mövsümündə “Barselona”nın heyətində 14 matçda meydana çıxıb. O, bu görüşlərdə 19 qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.