- Millətlər liqası
- 00:30 11.11.2026
“Real” azarkeşləri narahatlıq keçirir.
90deqiqe.Az-ın “L’Equipe” nəşrinə istinadən məlumatına görə, bu gün yarımmüdafiəçi Orelyen Tçuameni qasıq nahiyəsindəki zədə səbəbindən Fransa millisinin məşqini yarımçıq tərk edib.
Futbolçunun millinin düşərgəsini tərk etməsi istisna olunmur. Tçuameninin zədəsinin dəqiq xarakteri tibbi müayinədən sonra bəlli olacaq.
Qeyd edək ki, Orelyen Tçuameni sentyabr və oktyabr aylarında Fransa millisinin oyunlarında iştirak etməyib. Yarımmüdafiəçi mövsümün əvvəlində əzələ zədəsi səbəbindən optimal fiziki formada olmadığı üçün yığmaya kömək edə bilməyib.
Fransa millisi noyabrda Millətlər Liqası çərçivəsində İtaliya və Türkiyə yığmaları ilə qarşılaşacaq.