- Millətlər liqası
- 23:58 11.11.2026
UEFA Millətlər Liqasının D Liqası çərçivəsində keçiriləcək Lixtenşteyn – Azərbaycan qarşılaşmasının hakimləri müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, oyunu Estoniyadan olan hakimlər briqadası idarə edəcək. FIFA referisi Kristo Tohverə Silver Koiv və Sander Saqa kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək.
VAR hakimi Marko Liva, AVAR hakimi isə Yuri Frişer olacaq.
Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.