- Millətlər liqası
- 23:58 11.11.2026
Fransa millisinin və İspaniyanın “Real” (Madrid) klubunun hücumçusu Kilian Mbappe UEFA Millətlər Liqasının V turunda İtaliya yığmasına qarşı keçiriləcək qarşılaşmada iştirak etməyəcək.
90deqiqe.Az-ın “L’Équipe” nəşrinə istinadən məlumatına görə, 26 yaşlı futbolçu budun arxa əzələsində yaranan narahatlıq səbəbindən noyabrın 12-də baş tutacaq oyunda meydana çıxa bilməyəcək.
Mbappenin turnirin qrup mərhələsinin son turunda yaşıl meydanlara qayıtması gözlənilir. Fransa millisi noyabrın 15-də doğma meydanda Türkiyə yığmasını qəbul edəcək.
Qeyd edək ki, Kilian Mbappe cari mövsümdə “Real”ın heyətində İspaniya La Liqası və UEFA Çempionlar Liqasında ümumilikdə 16 oyuna çıxıb. Hücumçu bu qarşılaşmalarda 17 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.