- Millətlər liqası
- 23:58 11.11.2026
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “Barselona”nın ulduz futbolçusu Lamin Yamalın komandada xüsusi statusa malik olmadığını bildirib.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis gənc hücumçu ilə bağlı qərarların digər futbolçulara münasibətdə olduğu kimi qəbul edildiyini vurğulayıb.
“Lamin Yamalın heç bir xüsusi imtiyazı yoxdur. Eyni qərarı istənilən başqa futbolçu ilə bağlı da verə bilərik. Soyunub-geyinmə otağında heç kimin bununla bağlı narazılığı yoxdur. Hamıya eyni münasibət göstəririk”, - deyə De la Fuentenin sözlərini “The Touchline” yayıb.
Qeyd edək ki, noyabrın 12-də İspaniya millisi Millətlər Liqasının V turu çərçivəsində səfərdə Çexiya ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:45-də başlayacaq görüş.