- Millətlər liqası
- 23:58 11.11.2026
İtaliya millisinin baş məşqçisi Roberto Mançini Millətlər Liqasında Fransa ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı komandasının növbəti mərhələyə yüksəlmək şanslarını dəyərləndirib:
“7 xalımız var və qarşıda daha iki oyunumuz qalıb. Buna görə də növbəti mərhələyə vəsiqə qazana bilərik. Hər şeyin necə başladığını nəzərə alsaq, komandanın hazırkı mövqeyi gözlənilməz oldu”, - deyə mütəxəssis bildirib.
Baş məşqçi Fransa ilə əvvəlki qarşılaşmanı da xatırladıb. Həmin oyun 1:1 hesabı ilə başa çatmışdı. Mancini qarşıdakı görüşün komandası üçün ciddi sınaq olacağını vurğulayıb:
“Bəzi məqamlarda çətinlik çəkirdik. Fransa bizi qapımıza sıxışdırırdı, Canluici Donnarumma isə bir neçə dəfə komandamızı xilas etdi. Ancaq bu dəfə fərqli oyun olacaq. Dünyanın ən güclü millilərindən birinə qalib gəlməyə çalışacağıq”.
Qeyd edək ki, qarşılaşma noyabrın 12-də Milanda baş tutacaq.Qrup mərhələsinin son oyunları ərəfəsində İtaliya millisi 7 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider Fransadan 3 xal geri qalır.Qrupun digər qarşılaşmasında isə 6 xalı olan Belçika xalsız Türkiyə ilə üz-üzə gələcək.