- Millətlər liqası
- 23:58 11.11.2026
İtaliya millisinin baş məşqçisi Roberto Mançini gənc futbolçuları milli komandaya cəlb etməsinin səbəblərindən danışıb.
90deqiqe.Az xəbər verir ki, Mançini qarşılaşma öncəsi mətbuat konfransında gənc oyunçuların təcrübə qazanmasının vacibliyini vurğulayıb:
“Cinah oyunçularımız çox gəncdir və onların təcrübəsi hələ azdır. Lakin məhz belə oyunlarda təcrübə qazana bilərlər. Ümid edirəm ki, növbəti altı ay ərzində onların hamısı inkişaf edəcək və daha yaxşı futbolçuya çevriləcəklər”.
Mütəxəssis gənc futbolçuların daha təcrübəli oyunçularla birgə məşq etməsinin əhəmiyyətini də qeyd edib:
“Gənc futbolçuları milliyə dəvət etməliyik ki, onları daha yaxından tanıyaq, həm indiki, həm də gələcək potensiallarını qiymətləndirək. Onlar daha təcrübəli oyunçuların yanında məşq etməli və daha yüksək səviyyədə çalışmalıdırlar. Bu, onlar üçün vacib təcrübədir”.
Qeyd edək ki, noyabrın 12-də İtaliya millisi Millətlər Liqası çərçivəsində Fransanı qəbul edəcək.Roberto Mançini daha əvvəl İtaliya millisinin qapıçısı Canluici Donnarummaya dəstək ifadə edib.