- Millətlər liqası
- 02:02 13.11.2026
Fransa millisinin hücumçusu Kilian Mbappenin Millətlər Liqasında İtaliya yığmasına qarşı keçiriləcək matça ehtiyat oyunçular skamyasında başlayacağı gözlənilir.
90deqiqe.Az-ın məlumatına görə, Madrid “Real”ında çıxış edən futbolçu qarşılaşmanın gedişində meydana çıxa bilər.
Daha əvvəl Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Mbappenin yüngül zədə səbəbindən italiyalılara qarşı oynamayacağını bildirmişdi. O, məşqçilər korpusunun hücumçunun sağlamlığını riskə atmaq niyyətində olmadığını vurğulamışdı.
Qeyd edək ki, İtaliya – Fransa qarşılaşması noyabrın 12-də keçiriləcək. Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.