13 noyabr 2026. Cümə

Mbappe ilə Fransa millisinin baş məşqçisi arasında münasibətlərin pisləşdiyi iddia olunur


Mbappe ilə Fransa millisinin baş məşqçisi arasında münasibətlərin pisləşdiyi iddia olunur

Fransa millisinin kapitanı Kilian Mbappenin səhhətindəki problemlər səbəbindən hazırkı beynəlxalq fasilədə yığmanın oyunlarını buraxa biləcəyi barədə məlumat yayılıb.

90deqiqe.Az-ın məlumatına görə, bu vəziyyətin hücumçu ilə “üçrənglilər”in baş məşqçisi Zinəddin Zidan arasındakı münasibətləri gərginləşdirdiyi iddia olunur.Bu barədə "El Chiringuito TV" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Mbappe bərpa prosesini davam etdirmək üçün “Real”ın düşərgəsinə qayıtmaq istəyib. Lakin artıq onun üçün şəxsi təyyarə Parisə gəlsə də, Zidan hücumçunun komandadan ayrılmasına icazə verməyib.

Bu gün, noyabrın 12-də Fransa millisi UEFA Millətlər Liqası çərçivəsində İtaliya ilə qarşılaşacaq. İddialara görə, Mbappe matçı ehtiyat oyunçular skamyasından izləyəcək. Bununla belə, onun meydana çıxaraq bir neçə dəqiqə oynamaq ehtimalı da istisna edilmir.







Millətlər liqası

Albaniya millisi Finlandiyaya qalib gəlib
  • Millətlər liqası
  • 02:02 13.11.2026
Albaniya millisi Finlandiyaya qalib gəlib
Belarus millisi San-Marinoya qalib gəlib
  • Millətlər liqası
  • 01:57 13.11.2026
Belarus millisi San-Marinoya qalib gəlib
“Niderland futbolu De Bruyneyə uyğundur”
  • Millətlər liqası
  • 23:27 12.11.2026
“Niderland futbolu De Bruyneyə uyğundur”