- Millətlər liqası
- 02:02 13.11.2026
Belçika millisinin baş məşqçisi Mark van Bommel “Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruynenin PSV-nin oyun sisteminə yaxşı uyğunlaşacağını düşünür.
90deqiqe.Az-ın məlumatına görə, van Bommel "VTM" telekanalına müsahibəsində belçikalı futbolçunun Niderland klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb.
“Qərarı özü verməlidir. Amma o, yaxınlıqda yaşayır və Niderland futbolu ona uyğundur. Hücumameyilli üslub, daim futbol oynamaq istəyi – bütün bunlar ona yaxındır”, – deyə van Bommel bildirib.
PSV 35 yaşlı belçikalını artıq yanvar ayında heyətinə qatmaq niyyətindədir. Tərəflərin marağı qarşılıqlıdır. Bununla belə, Niderland klubu hələ “Napoli” ilə razılığa gəlməlidir. De Bruynenin İtaliya təmsilçisi ilə müqaviləsi mövsümün sonunadək qüvvədədir.
Qeyd edək ki, van Bommel də futbolçu karyerasının sonlarında PSV-də çıxış edib. O, 2012-ci ilin yayında “Milan”dan Eyndhoven klubuna keçib və burada bir mövsüm oynayıb.