13 noyabr 2026. Cümə

Yurgen Klopp Feliks Nmeçanın mübahisəli jesti ilə bağlı danışıb


Yurgen Klopp Feliks Nmeçanın mübahisəli jesti ilə bağlı danışıb

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp yığmanın və Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Feliks Nmeça ilə söhbətindən danışıb.

90deqiqe.Az xəbər verir ki, futbolçu ətrafında mübahisələr “Borussiya”nın Bundesliqada “Elversberq”ə qarşı keçirdiyi matçda iki qol vurmasından sonra başlayıb. Nmeça qollardan birini qeyd edərkən əlləri ilə xəyali tac düzəldib, onu başından götürərək diz çöküb və yerə qoyub.

Bu jest yerli evangelist xristian icmasının dini kampaniyası ilə əlaqələndirilir. Təşkilata aid edilən irqçilik və abortla bağlı mövqelər səbəbindən futbolçu sərt tənqidlərə məruz qalıb.

Klopp Serbiya ilə Millətlər Liqası matçından əvvəl keçirilən mətbuat konfransında məsələni Nmeça ilə şəxsən müzakirə etdiyini təsdiqləyib.

“Əvvəlcə nə onun qol sevincinə, nə də etdiyi jestə xüsusi əhəmiyyət vermədim. Sonra müzakirələr başladı. Mübahisələr qızışdıqdan sonra məsələni araşdırmağa və baş verənləri tam anlamağa çalışdım.

O, bir daha belə qol sevinci etməyəcəyini söylədi. Onun vermək istədiyi mesaj tacı İsa Məsihin ayaqları önünə qoymasıdır. Bu jest onun üçün yalnız bir məna daşıyır və arxasında əlavə və ya gizli məna yoxdur. Mənim üçün bu izahat kifayət etdi”, – deyə Klopp bildirib.

Qeyd edək ki, Serbiya və Almaniya milliləri noyabrın 13-də üz-üzə gələcəklər.







Millətlər liqası

Albaniya millisi Finlandiyaya qalib gəlib
  • Millətlər liqası
  • 02:02 13.11.2026
Albaniya millisi Finlandiyaya qalib gəlib
Belarus millisi San-Marinoya qalib gəlib
  • Millətlər liqası
  • 01:57 13.11.2026
Belarus millisi San-Marinoya qalib gəlib
“Niderland futbolu De Bruyneyə uyğundur”
  • Millətlər liqası
  • 23:27 12.11.2026
“Niderland futbolu De Bruyneyə uyğundur”