- Millətlər liqası
- 02:02 13.11.2026
UEFA Millətlər Liqasının A Liqasında qrup mərhələsinin V turu çərçivəsində Çexiya və İspaniya yığmaları arasında keçirilən oyun başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Praqadakı “EPET Arena”da baş tutan qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün 39-cu dəqiqəsində baş hakim Nikola Dabanoviç İspaniya millisinin lehinə penalti təyin edib. Aleks Baena 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
48-ci dəqiqədə qapıçı Unay Simonun ötürməsindən sonra Xeremi Pino fərqlənsə də, VAR yoxlamasından sonra qol ləğv edilib. 72-ci dəqiqədə isə çexiyalı müdafiəçi Ladislav Kreyiçi meydandan qovulub. Matçın 90+6-cı dəqiqəsində Mark Pubil İspaniyanın ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra İspaniya millisi beş oyunda 15 xal toplayaraq 3-cü qrupda liderliyini qoruyur. Çexiya isə xalsız sonuncu pillədə qərarlaşıb. Qrupun digər iştirakçıları İngiltərə və Xorvatiya yığmalarıdır.