13 noyabr 2026. Cümə

İngiltərə millisi Xorvatiyanı məğlub edərək ikinci pilləyə yüksəlib


İngiltərə millisi Xorvatiyanı məğlub edərək ikinci pilləyə yüksəlib

UEFA Millətlər Liqasının A Liqasında qrup mərhələsinin V turu çərçivəsində İngiltərə və Xorvatiya yığmaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Londondakı “Uembli” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 Danimarkadan olan baş hakim Morten Kröqun idarə etdiyi görüşdə hesabı 24-cü dəqiqədə İngiltərə millisinin hücumçusu Morqan Rocers açıb.

Xorvatiya yığması 59-cu dəqiqədə Petar Suçiçin qolu ilə hesabı bərabərləşdirib. Lakin cəmi beş dəqiqə sonra Harri Keyn penaltini dəqiq yerinə yetirərək İngiltərəni yenidən önə keçirib.

Qarşılaşmanın qalan dəqiqələrində hesab dəyişməyib və İngiltərə 2:1 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra İngiltərə millisi beş oyunda 12 xal toplayaraq 3-cü qrupda ikinci pillədə qərarlaşıb. Xorvatiya isə üç xalla üçüncü yerdədir.

Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliyalılar ötən mövsümün finalında İspaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında 5:3 hesabı ilə məğlub ediblər.







Millətlər liqası

Albaniya millisi Finlandiyaya qalib gəlib
  • Millətlər liqası
  • 02:02 13.11.2026
Albaniya millisi Finlandiyaya qalib gəlib
Belarus millisi San-Marinoya qalib gəlib
  • Millətlər liqası
  • 01:57 13.11.2026
Belarus millisi San-Marinoya qalib gəlib
“Niderland futbolu De Bruyneyə uyğundur”
  • Millətlər liqası
  • 23:27 12.11.2026
“Niderland futbolu De Bruyneyə uyğundur”