13 noyabr 2026. Cümə

Biliç Harri Keyni Luka Modriçlə müqayisə edib


Biliç Harri Keyni Luka Modriçlə müqayisə edib

Xorvatiya millisinin baş məşqçisi Slaven Biliç İngiltərə yığmasının hücumçusu Harri Keynin oyun keyfiyyətləri barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis ingiltərəli futbolçunun çoxşaxəli oyun bacarığını, liderlik xüsusiyyətlərini və xarakterini xüsusi vurğulayıb.

“Keyn bütün keyfiyyətlərə malik futbolçudur. Bizim heyətimizdə “Qızıl top”un sahibi Luka Modriç var. Onlar fərqli mövqelərdə çıxış etsələr də, hər ikisi demək olar ki, hər şeyi bacarır. Keyn təkcə hücumları mükəmməl şəkildə tamamlamır və penaltiləri dəqiq yerinə yetirmir. Onun xarakteri də inanılmazdır. Çox qaçır, liderlik edir, onda hər şey var. “Qızıl top”u qazanmasına çox sevindim”, – deyə Biliç bildirib.

Qeyd edək ki, noyabrın 12-də Millətlər Liqası çərçivəsində keçirilən İngiltərə – Xorvatiya matçında Harri Keyn qələbə qolunu vurub. Görüş ingilislərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İngiltərə millisi növbəti oyununu noyabrın 15-də səfərdə İspaniyaya qarşı keçirəcək. Həmin gün Xorvatiya yığması Çexiya ilə qarşılaşacaq.







Millətlər liqası

Moldova millisi Qazaxıstanı məğlub edib
  • Millətlər liqası
  • 23:32 13.11.2026
Moldova millisi Qazaxıstanı məğlub edib
Biliç Harri Keyni Luka Modriçlə müqayisə edib
  • Millətlər liqası
  • 22:38 13.11.2026
Biliç Harri Keyni Luka Modriçlə müqayisə edib
Albaniya millisi Finlandiyaya qalib gəlib
  • Millətlər liqası
  • 02:02 13.11.2026
Albaniya millisi Finlandiyaya qalib gəlib
Belarus millisi San-Marinoya qalib gəlib
  • Millətlər liqası
  • 01:57 13.11.2026
Belarus millisi San-Marinoya qalib gəlib