14 noyabr 2026. Şənbə

“Azarkeşlərin çoxu stadiona yalnız Ronaldonu görmək üçün gəlirdi”


“Azarkeşlərin çoxu stadiona yalnız Ronaldonu görmək üçün gəlirdi”

Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardu Silva Kriştiano Ronaldonun yığmadan ayrılmasının komandaya göstərilən diqqətə necə təsir edəcəyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, futbolçu Danimarka ilə oyun öncəsi keçirilən mətbuat konfransında bu barədə danışıb.

“Diqqət məsələsinə gəlincə, təzyiqin bir qədər artması mümkündür. Hamı Kriştianunun nə qədər böyük əhəmiyyət daşıdığını bilir. O, meydana çıxanda azarkeşlərin əksəriyyəti məhz onu görmək üçün stadiona gəlirdi. Çoxları yalnız onun oyununu izləmək istəyirdi. İndi yəqin ki, belə olmayacaq.

Digər tərəfdən, millimizin futbolçuları öz klublarında diqqətə, təzyiqə və məsuliyyətə öyrəşiblər. Nəsə qaydasında getməyəndə tənqid hədəfinə çevrilməyə də adət ediblər. Buna görə də bu vəziyyəti böyük problem hesab etmirəm”, – deyə Silva bildirib.

Xatırladaq ki, noyabrın 5-də Kriştiano Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb. Hücumçu 2003-cü ildən milli komandada çıxış edirdi.

 







Millətlər liqası

Moldova millisi Qazaxıstanı məğlub edib
  • Millətlər liqası
  • 23:32 13.11.2026
Moldova millisi Qazaxıstanı məğlub edib
Biliç Harri Keyni Luka Modriçlə müqayisə edib
  • Millətlər liqası
  • 22:38 13.11.2026
Biliç Harri Keyni Luka Modriçlə müqayisə edib