- Millətlər liqası
- 01:48 14.11.2026
Portuqaliya millisinin və Madrid “Real”ının yarımmüdafiəçisi Bernardu Silva Kriştiano Ronaldonun milli komandadakı karyerasını başa vurmasından sonra öz üzərinə düşən məsuliyyətdən danışıb.
90deqiqe.Az xəbər verir ki, Silva Danimarka ilə oyun öncəsi keçirilən mətbuat konfransında daha təcrübəli futbolçuların gənclərə dəstək olmalı olduğunu bildirib.
“Bu, təbii prosesdir. 12 il ərzində Kriştianu ilə eyni millidə oynamaq mənə nəsib olub. O, həmişə komandamızın kapitanı idi. Onun gedişindən sonra biz – daha yaşlı və təcrübəli futbolçular – gənclərə fədakarlığı, əmək mədəniyyətini və soyunub-geyinmə otağındakı məsuliyyət hissini qorumaqda kömək etməliyik.
Kapitanlardan biri olmaq mənim üçün böyük şərəfdir. Bu, uzun illərdir millidə çıxış etdiyimi və komandanı təmsil etdiyimi göstərir. Qələbələr qazanmaq və uğura nail olmaq üçün nələrin lazım olduğunu bilirəm. Bu işi bacardığım qədər yaxşı yerinə yetirməyə böyük qürurla çalışacağam”, – deyə Silva bildirib.
Xatırladaq ki, noyabrın 5-də Kriştiano Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.