14 noyabr 2026. Şənbə

Salahın dublu Misir millisinə böyükhesablı qələbə qazandırdı


Salahın dublu Misir millisinə böyükhesablı qələbə qazandırdı

Afrika Millətlər Kubokunun seçmə mərhələsinin B qrupunun III turunda Misir millisi Malaviyə 5:0 hesabı ilə qalib gəlib.

90deqiqe.Az xəbər verir ki, Qahirə Beynəlxalq Stadionunda keçirilən qarşılaşmada Misir yığması rəqib qapısından beş cavabsız top keçirib.

Ev sahiblərinin heyətində Nasser Maher 6-cı, Ömər Marmuş 10-cu, Məhəmməd Hani 38-ci dəqiqədə fərqlənib. Məhəmməd Salah isə 84-cü və 90+5-ci dəqiqələrdə penaltidən qol vuraraq dubl edib.

Bu qələbədən sonra Misir millisinin xalları 7-yə yüksəlib. Malavi yığması isə 3 xalla kifayətlənib.

Komandalar növbəti dəfə noyabrın 17-də, saat 16:00-da Malavidə keçiriləcək IV tur matçında üz-üzə gələcəklər.







Millətlər liqası

Moldova millisi Qazaxıstanı məğlub edib
  • Millətlər liqası
  • 23:32 13.11.2026
Moldova millisi Qazaxıstanı məğlub edib
Biliç Harri Keyni Luka Modriçlə müqayisə edib
  • Millətlər liqası
  • 22:38 13.11.2026
Biliç Harri Keyni Luka Modriçlə müqayisə edib