14 noyabr 2026. Şənbə

Azərbaycan millisi Lixtenşteyni məğlub edərək qrupu lider başa vurub


Azərbaycan millisi Lixtenşteyni məğlub edərək qrupu lider başa vurub

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının D Liqasında sonuncu oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv səfərdə Lixtenşteyn yığması ilə qarşılaşıb. Vaduts şəhərində keçirilən II qrupun görüşü millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 26-cı dəqiqədə Mahir Emreli vurub.

Qeyd edək ki, Azərbaycan millisi dörd oyundan 8 xal toplayaraq qrupu birinci pillədə başa vurub. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla sonuncu sırada qərarlaşıb.

Xatırladaq ki, noyabrın 16-da qrupun sonuncu qarşılaşmasında Litva öz meydanında Lixtenşteyni qəbul edəcək.







Millətlər liqası