14 noyabr 2026. Şənbə

Almaniya Belqradda üç qol vuraraq qələbə qazanıb


Almaniya Belqradda üç qol vuraraq qələbə qazanıb

UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün qrup mərhələsinin V turunda Serbiya və Almaniya milliləri üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, görüşdə Almaniya yığması 3:1 hesablı qələbə qazanıb. Belqraddakı “Rayko Mitiç” stadionunda keçirilən matçı ispaniyalı baş hakim Xavyer Alberola Roxas idarə edib.

Qarşılaşmanın 3-cü dəqiqəsində Srdyan Babiç avtoqol müəllifi olaraq Almaniya millisini hesabda önə çıxarıb. Florian Virts 14-cü dəqiqədə fərqi iki topa çatdırıb. 50-ci dəqiqədə Brayyan Qruda almanların üçüncü qolunu vurub.

56-cı dəqiqədə Babiç bu dəfə rəqib qapısına yol taparaq hesab arasındakı fərqi azaldıb. Lakin Serbiya yığması məğlubiyyətdən qaça bilməyib. Matçın 77-ci dəqiqəsində serbiyalı yarımmüdafiəçi Vanya Draqoyeviç, 89-cu dəqiqədə isə Andriya Jivkoviç qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra Serbiya millisi xalsız qrupun sonuncu pilləsində qərarlaşıb. Almaniya isə 8 xalla üçüncü yerdədir.

Qeyd edək ki, UEFA Millətlər Liqasının son qalibi finalda İspaniyanı məğlub edən Portuqaliya millisidir.







Millətlər liqası