- Millətlər liqası
- 02:00 14.11.2026
UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün V turunda Niderland və Yunanıstan yığmaları arasında keçirilən oyun başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Amsterdamdakı “Yohan Kroyff Arena” stadionunda təşkil olunan qarşılaşmada Niderland millisi rəqibini 7:0 hesabı ilə məğlub edib. Görüşün baş hakimi norveçli Rohit Saqqi olub.
Niderland millisinin heyətində hesabı 6-cı dəqiqədə Krisensio Sammerbil açıb. 12-ci dəqiqədə Teyani Reynders fərqi artırıb. O, 18-ci dəqiqədə dublunu, 33-cü dəqiqədə isə het-trikini rəsmiləşdirib.
40-cı dəqiqədə Yurrien Timber beşinci qolu vurub. O, 59-cu dəqiqədə yenidən fərqlənərək dubl edib. 62-ci dəqiqədə isə Doniell Malen matçda son nöqtəni qoyub.
Bu qələbədən sonra Niderland millisi 11 xalla B qrupunun turnir cədvəlinə başçılıq edir. Yunanıstan yığması isə 8 xalla ikinci pillədə qərarlaşıb.