14 noyabr 2026. Şənbə

Şotlandiya millisi Şimali Makedoniyanı məğlub edib


Şotlandiya millisi Şimali Makedoniyanı məğlub edib

UEFA Millətlər Liqasında Şotlandiya və Şimali Makedoniya yığmaları arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Şotlandiya millisi rəqibini 2:1 hesabı ilə məğlub edib. Görüşün taleyini Con Makqinnin vurduğu iki qol həll edib. Futbolçu qollardan birini penaltidən qeydə alıb.

Matçın ilk hissəsi qolsuz başa çatıb. Komandalar fasiləyə qədər ehtiyatlı oyun nümayiş etdiriblər.

İkinci hissədə isə hesab açılıb. 54-cü dəqiqədə Con Makqinn Şotlandiya millisinin ilk qolunu vurub. Lakin Şimali Makedoniya yığması cəmi üç dəqiqə sonra cavab verib. Elmin Rastoder 57-ci dəqiqədə hesabı bərabərləşdirib.

74-cü dəqiqədə Şotlandiya millisinin lehinə penalti təyin olunub. Topa yaxınlaşan Makqinn zərbəni dəqiq yerinə yetirərək dubl edib və komandasına qələbə qazandırıb.

 







Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib