14 noyabr 2026. Şənbə

Estoniya millisi Lüksemburqda minimal hesablı qələbə qazanıb


Estoniya millisi Lüksemburqda minimal hesablı qələbə qazanıb

UEFA Millətlər Liqasında Lüksemburq və Estoniya yığmaları arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az xəbər verir ki, səfərdə çıxış edən Estoniya millisi rəqibini 1:0 hesabı ilə məğlub edib. Görüşün taleyini ilk hissənin sonlarında vurulan yeganə qol həll edib.

Matçın 43-cü dəqiqəsində Maksim Paskotsi Lüksemburq millisinin qapısına yol taparaq Estoniya yığmasını hesabda önə keçirib.

İkinci hissədə meydan sahibləri hesabı bərabərləşdirmək üçün hücumlarını artırıblar. Estoniya millisi isə əldə etdiyi üstünlüyü qorumağa çalışıb. Lüksemburqun cəhdlərinə baxmayaraq, qarşılaşmada hesab dəyişməyib və estoniyalılar səfərdən üç xalla ayrılıblar.







Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib