14 noyabr 2026. Şənbə

Slovakiya millisi doğma meydanda Farer adalarının müqavimətini qıra bilməyib


Slovakiya millisi doğma meydanda Farer adalarının müqavimətini qıra bilməyib

UEFA Millətlər Liqasında Slovakiya və Farer adaları yığmaları arasında keçirilən qarşılaşma heç-heçə ilə başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, komandalar meydanı 2:2 hesablı heç-heçə ilə tərk ediblər. Qonaqlar matç ərzində iki dəfə hesabda önə keçsələr də, üstünlüklərini qoruya bilməyiblər.

Görüşdə hesabı 17-ci dəqiqədə Erik Prekop açaraq Slovakiya millisinin ilk qolunu vurub. Lakin 30-cu dəqiqədə Vilormur Davidsen penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib – 1:1.

İkinci hissənin əvvəlində Farer adaları yığması yenidən hesabda önə keçib. 47-ci dəqiqədə Oki Samuelsen fərqlənərək komandasını irəli çıxarıb.

Slovakiya millisi məğlubiyyətdən xilas olmaq üçün hücumlarını davam etdirib və 74-cü dəqiqədə istəyinə çatıb. Lukaş Haraslin vurduğu qol qarşılaşmada sonuncu olub – 2:2.







Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib