- Millətlər liqası
- 02:11 14.11.2026
UEFA Millətlər Liqasında Bolqarıstan və İslandiya yığmaları arasında keçirilən qarşılaşma qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, İslandiya millisi rəqib qapısından beş cavabsız top keçirib.
Qonaqlar 17-ci dəqiqədə Andri Qudyonssenin penaltidən vurduğu qolla hesabı açıblar. Cəmi dörd dəqiqə sonra Orri Oskarsson fərqi iki topa çatdırıb – 0:2.
İkinci hissədə də üstün oyun nümayiş etdirən islandiyalılar 52-ci dəqiqədə fərqi artırıblar. Bolqarıstan millisinin futbolçusu Emil Tsenov topu öz qapısına göndərib.
68-ci dəqiqədə Andri Qudyonssen yenidən fərqlənərək dubl edib. O, 79-cu dəqiqədə daha bir qol vuraraq het-trikini rəsmiləşdirib və matçın yekun hesabını müəyyənləşdirib – 0:5.