- Millətlər liqası
- 02:11 14.11.2026
UEFA Millətlər Liqasında Andorra və Cəbəllütariq yığmaları arasında keçirilən qarşılaşma başa çatıb.
90deqiqe.Az xəbər verir ki, meydan sahibləri rəqibini 2:0 hesabı ilə məğlub ediblər. Andorra millisi qələbənin əsasını ilk hissədə vurduğu iki qolla qoyub.
24-cü dəqiqədə Giyom Lopes hesabı açaraq komandasını önə keçirib. 35-ci dəqiqədə isə Albert Rosas fərqi iki topa çatdırıb – 2:0.
İkinci hissədə Cəbəllütariq yığması hesab arasındakı fərqi azaltmağa çalışıb. 64-cü dəqiqədə qonaqlar penalti vurmaq hüququ qazansalar da, Tidjey De Barr 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməyib.
Beləliklə, qarşılaşma Andorra millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.