- Millətlər liqası
- 02:11 14.11.2026
PSJ-nin sağ cinah müdafiəçisi Əşrəf Hakimi Mərakeş millisinin heyətində karyerasının ilk dubluna imza atıb.
90deqiqe.Az xəbər verir ki, 28 yaşlı futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsində Niger yığmasına qarşı keçirilən görüşdə 27-ci və 45-ci dəqiqələrdə fərqlənib.
Bu, Hakiminin milli komandada ilk dubludur. O, karyerası ərzində Mərakeş yığmasının heyətində əvvəlki oyunlarda bir matçda ən çoxu bir qol vurmuşdu.
Ümumilikdə müdafiəçinin Mərakeş millisində 104 oyun, 14 qol və 22 məhsuldar ötürmə göstəricisi var. O, beynəlxalq arenada debütünü 2016-cı ilin payızında edib.
Qeyd edək ki, Hakimi bundan əvvəl də karyerasında ilk het-trikini rəsmiləşdirib. O, oktyabrın sonunda Liqa 1-də “Havr”la qarşılaşmada PSJ-nin heyətində üç dəfə fərqlənib.