15 noyabr 2026. Bazar günü

“Arsenal”ın futbolçusu İngiltərə U-21 millisinin tarixində ən gənc oyunçu olub


“Arsenal”ın futbolçusu İngiltərə U-21 millisinin tarixində ən gənc oyunçu olub

“Arsenal”ın yarımmüdafiəçisi Maks Daumen İngiltərənin 21 yaşadək futbolçulardan ibarət milli komandasının tarixində meydana çıxan ən gənc futbolçu kimi rekorda imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, 16 yaşlı futbolçu Portuqaliya U-21 millisinə qarşı keçirilən yoldaşlıq görüşündə debüt edib. O, meydana 16 yaş 10 ay 13 günlük olarkən çıxıb.

Qarşılaşma Portuqaliya yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Maks Daumen İngiltərə U-21 millisində debütünü 17 yaş 2 ay 6 günlük olarkən edən “Real”ın yarımmüdafiəçisi Cud Bellinqemin rekordunu yeniləyib.







Millətlər liqası

Norveç Uels üzərində inamlı qələbə qazandı
  • Millətlər liqası
  • 23:01 14.11.2026
Norveç Uels üzərində inamlı qələbə qazandı
“Mbappenin varlığı hər şeyi dəyişir”
  • Millətlər liqası
  • 22:43 14.11.2026
“Mbappenin varlığı hər şeyi dəyişir”