- Millətlər liqası
- 23:56 14.11.2026
AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan milli komandasını UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn üzərində qazandığı qələbə münasibətilə təbrik edib.
90deqiqe.Az-ın məlumatına görə, qurum rəhbəri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Milli komandamız Lixtenşteyn üzərində səfər qələbəsi qazanaraq UEFA Millətlər Liqasının D Liqasının II qrupunda birinci yeri təmin etdi. Təbriklər, millimiz!”, – deyə Rövşən Nəcəf bildirib.
Qeyd edək ki, Lixtenşteyn – Azərbaycan qarşılaşması millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 26-cı dəqiqədə Mahir Emreli vurub.