- Millətlər liqası
- 23:56 14.11.2026
Belçika millisinin baş məşqçisi Mark van Bommel İtaliya ilə qarşılaşma öncəsi keçirilən mətbuat konfransında komandasının iki futbolçusu – Romelu Lukaku və Şarl de Ketelare barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, Van Bommel Romelu Lukakunun qarşıdakı matçda oynamağa hazır olduğunu təsdiqləyib. Hücumçu bir gün əvvəl məşqdə iştirak edib, bugünkü hazırlıq prosesini isə tam şəkildə başa vurub.
“Lukakunun sərəncamımızda olması vacibdir. Onun meydana start heyətində çıxmasından və ya sonradan oyuna qoşulmasından asılı olmayaraq, rəqib onun meydanda olacağını nəzərə almalıdır. Bundan əlavə, Lukakunun böyük oyunlarda iştirak təcrübəsi var. Digər bütün futbolçular da qarşılaşmaya hazırdır”, – deyə mütəxəssis bildirib.
Belçikalı baş məşqçi Şarl de Ketelarenin inkişafından da söz açıb və futbolçunun oyun keyfiyyətlərini yüksək qiymətləndirib.
“O, tədricən müasir hücumçuya çevrilir. Sürətli və güclüdür, qapıya arxası dönük vəziyyətdə oynamağı bacarır, fiziki cəhətdən də çox qüvvətlidir. Topu qəbul etmək üçün geriyə çəkilə və eyni zamanda qol vura bilir. Belə futbolçuya sahib olmaq xoşdur. Onun komandamızda olmasına şadıq”, – deyə van Bommel vurğulayıb.
Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin son turu çərçivəsində Belçika və İtaliya milliləri noyabrın 15-də üz-üzə gələcəklər.UEFA Millətlər Liqasının qrupunda Belçika 9 xalla üçüncü pillədə qərarlaşıb. İtaliya və Fransa millilərinin hərəsinin 10 xalı var. Türkiyə isə xalsız sonuncu yerdədir.