- Millətlər liqası
- 23:56 14.11.2026
Madrid “Real”ının hücumçusu Kilian Mbappe Fransa və Türkiyə milliləri arasında UEFA Millətlər Liqasının VI turu çərçivəsində keçiriləcək qarşılaşmada meydana çıxa biləcək.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Fransa millisinin baş məşqçisi Zinəddin Zidan məlumat verib. O, həmçinin Mbappe ilə arasında münaqişə yaşandığı barədə yayılan xəbərləri təkzib edib.
“Mbappenin komandada olması hər şeyi dəyişir. Təbii ki, onun bizimlə olması yoxluğundan daha yaxşıdır. Heç bir problem yoxdur – sabah o, heyətdə olacaq.
Aramızda münaqişə var? Bu söz-söhbətlərin haradan qaynaqlandığını anlamıram. Amma bunun heç bir əhəmiyyəti yoxdur. Ona görə də bu mövzuda müzakirəyə belə başlamaq istəmirəm.
Onunla münasibətlərimiz məşqçi və futbolçu münasibətləridir və hər şey qaydasındadır. İnsanların istədiklərini danışmasına mane ola bilmərəm, lakin bunlar tamamilə cəfəngiyyatdır. Belə xəbərlərin yayılması təəssüf doğurur və məni xeyli qıcıqlandırır”, – deyə Zidanın sözlərini “Marca” nəşri sitat gətirib.