- Millətlər liqası
- 23:56 14.11.2026
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente İngiltərə yığmasının çalışdırıcısı Tomas Tuxelin irqçiliyə qarşı protokollarla bağlı açıqlamalarına münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, De la Fuente oyunöncəsi mətbuat konfransında İspaniyada irqçiliyin olmadığını iddia edib və bu fikrin Tuhelə də çatdırılmasını istəyib.
“İspaniyada irqçilik yoxdur. Hər şey bu qədər sadədir. Eynilə İngiltərədə olduğu kimi. Bu sözlərimi Tuhelə çatdırın: İspaniyada irqçilik yoxdur”, – deyə 65 yaşlı mütəxəssis bildirib.
İspaniya millisinin baş məşqçisi qarşıdakı görüşdə əsas hədəflərinin qələbə olduğunu da vurğulayıb.
“Sabah qalib gəlmək istəyirik. Artıq ardıcıl 12 oyunda qələbə qazanmışıq və 13-cü qələbəmizi əldə etməyə çalışırıq. İndiyədək qazandıqlarımızla kifayətlənmək fikrində deyilik. Nəticə necə olacaqsa, olacaq, amma yeganə məqsədimiz qələbədir”, – deyə de la Fuente qeyd edib.
Qeyd edək ki, tərəflər UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 15-də üz-üzə gələcəklər.
İspaniya millisi 15 xalla qrupda liderdir. İngiltərə yığması isə 12 xalla ikinci pillədə qərarlaşıb.