- Millətlər liqası
- 23:56 14.11.2026
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente komandanın cinah hücumçusu Lamin Yamalla bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, De la Fuentenin sözlərinə görə, Yamal tamamilə bərpa olunub və özünü yaxşı hiss edir. Bununla belə, onun İngiltərə ilə qarşılaşmada start heyətində yer alıb-almayacağı hələ məlum deyil.
“Yamal özünü əla hiss edir. O, tamamilə bərpa olunub. Start heyətində meydana çıxıb-çıxmayacağına baxacağıq. Əgər oynasa, deməli, ideal formadadır. Amma oyunun necə keçəcəyini əvvəlcədən bilmək mümkün deyil. O, klubunun düşərgəsində idi və yaxşı istirahət edib.
Yamalın yoxluğuna görə ünvanımıza səsləndirilən tənqidlərə gəlincə, əsəbiləşmirəm. Məni yalnız insanların həqiqəti əks etdirməyən fikirlər səsləndirməsi məyus edir. Dünən Laminanı hərarətlə qarşıladılar. Hər şeyin məhz belə baş verməsinə sevinirik. Bu qədər”, – deyə de la Fuentenin sözlərini “The Touchline” nəşri sitat gətirib.
Qeyd edək ki, gənc futbolçu bir neçə gün əvvəl UEFA Millətlər Liqası çərçivəsində Çexiya ilə keçirilən görüşü buraxıb.
Əlavə edək ki, İspaniya millisi bazar günü İngiltərə yığmasını doğma meydanda qəbul edəcək.