15 noyabr 2026. Bazar günü

Norveç Uels üzərində inamlı qələbə qazandı


Norveç Uels üzərində inamlı qələbə qazandı

UEFA Millətlər Liqasında Norveç millisi doğma meydanda Uels yığmasını 3:1 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra isə meydan sahibləri üstünlüklərini qollara çevirməyi bacarıblar.

59-cu dəqiqədə Antonio Nusa Norveç millisinin hesabını açıb. Cəmi 9 dəqiqə sonra Andreas Şelderup fərqi artıraraq hesabı 2:0-a çatdırıb.

Uels yığması mübarizədən qopmayıb. 79-cu dəqiqədə Devid Bruks fərqi minimuma endirərək komandasının ümidlərini artırıb.

Lakin qonaqlar hesabı bərabərləşdirə bilməyiblər. Əlavə olunmuş dəqiqələrdə Erlinq Holann penaltini dəqiq yerinə yetirərək Norveçin 3:1 hesablı qələbəsini rəsmiləşdirib.







Millətlər liqası

Norveç Uels üzərində inamlı qələbə qazandı
  • Millətlər liqası
  • 23:01 14.11.2026
Norveç Uels üzərində inamlı qələbə qazandı
“Mbappenin varlığı hər şeyi dəyişir”
  • Millətlər liqası
  • 22:43 14.11.2026
“Mbappenin varlığı hər şeyi dəyişir”