15 noyabr 2026. Bazar günü

“1/4 final uğrunda mübarizə aparmağımız qürurvericidir”


“1/4 final uğrunda mübarizə aparmağımız qürurvericidir”

İtaliya millisinin baş məşqçisi Roberto Mançini Millətlər Liqasının 1/4 finalına vəsiqə uğrunda mübarizə aparmalarını qürurverici hal kimi qiymətləndirib.

90deqiqe.Az-ın məlumatına görə, “Football Italia” nəşri təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

 “Hazırda burada olmağımız və Millətlər Liqasının 1/4 finalına yüksəlmək uğrunda mübarizə aparmağımız özü qürurverici haldır. Biz buradayıq və nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. Qələbə qazana bilərik, baxmayaraq ki, bunun asan olmayacağını anlayırıq. Belçika çox güclü komandadır. Onların heyətində yaxşı texnikaya və sürətə malik futbolçular var.

Biz öz oyunumuzu nümayiş etdirəcəyik. Düşünürəm ki, bu qarşılaşma bir çox cəhətdən Fransa ilə matça bənzəyəcək”

Qeyd edək ki, qrup mərhələsinin son turunda İtaliya noyabrın 15-də Belçika ilə qarşılaşacaq.Son tur öncəsi İtaliya A1 qrupuna başçılıq edir. Komanda vurulan və buraxılan qolların fərqinə görə Fransanı qabaqlayır. Hər iki kollektivin aktivində 10 xal var.

Belçika ilə heç-heçə İtaliyaya Fransa–Türkiyə matçının nəticəsindən asılı olmayaraq 1/4 finala vəsiqə qazandıracaq. Qələbə isə italyanlara qrupda birinci yeri təmin edəcək. Doqquz xalla üçüncü pillədə qərarlaşan Belçikaya isə növbəti mərhələyə yüksəlmək üçün mütləq qələbə lazımdır.







Millətlər liqası

Norveç Uels üzərində inamlı qələbə qazandı
  • Millətlər liqası
  • 23:01 14.11.2026
Norveç Uels üzərində inamlı qələbə qazandı
“Mbappenin varlığı hər şeyi dəyişir”
  • Millətlər liqası
  • 22:43 14.11.2026
“Mbappenin varlığı hər şeyi dəyişir”