- Millətlər liqası
- 02:11 16.11.2026
Millətlər Liqasının qrup mərhələsində İsveç millisi Bosniya və Herseqovina yığmasını 3:2 hesabı ilə məğlub edib.
90deqiqe.Az xəbər verir ki, Skandinaviya təmsilçisinin heyətində iki qola Viktor Qyökeres imza atıb. Mərkəz hücumçusu hər iki qolu penaltidən vurub.
Bu nəticə ilə isveçli futbolçu Millətlər Liqasında yeni rekorda imza atıb. Qyökeres turnirdə ardıcıl səkkiz oyunda qol vuran ilk futbolçu olub.
Qeyd edək ki, İsveç millisi qrup mərhələsinin son turunda noyabrın 17-də səfərdə Polşa yığması ilə qarşılaşacaq.