- Millətlər liqası
- 02:11 16.11.2026
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq səhhətində yaranan problemlər səbəbindən Niderland millisinin düşərgəsini vaxtından əvvəl tərk edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Bildirilir ki, futbolçu tibbi müayinədən keçmək üçün Kataloniya klubunun düşərgəsinə qayıdacaq. 29 yaşlı yarımmüdafiəçi Yunanıstanla Millətlər Liqası matçında (7:0) bel nahiyəsində narahatlıq hiss edib və bu səbəbdən fasilədə əvəzlənib.
Bununla belə, nəşrin məlumatına görə, “Barselona”ya futbolçunun qasıq nahiyəsində ağrılar hiss etməsi barədə də məlumat daxil olub.
Kataloniya klubu yarımmüdafiəçinin noyabrın 22-də doğma meydanda “Vilyarreal”a qarşı keçirilməsi planlaşdırılan oyuna qədər bərpa olunacağına ümid edir.
De Yonq cari mövsüm La Liqada “Barselona”nın heyətində cəmi üç matçda meydana çıxıb.