16 noyabr 2026. Bazar ertəsi

Krstoviçin dublu Monteneqroya böyükhesablı qələbə qazandırdı


Krstoviçin dublu Monteneqroya böyükhesablı qələbə qazandırdı

UEFA Millətlər Liqasında növbəti turun daha iki oyunu keçirilib. 

90deqiqe.Az-ın məlumatına görə, Monteneqro millisi səfərdə Kipri 4:1 hesabı ilə məğlub etdiyi halda, Latviya və Ermənistan yığmaları qolsuz heç-heçə ilə kifayətləniblər. 

Kipr – Monteneqro qarşılaşmasında hesab artıq 5-ci dəqiqədə açılıb. Milutin Osmaiç fərqlənərək qonaqları önə çıxarıb.

İkinci hissənin əvvəlində, 52-ci dəqiqədə İoannis Pittas penaltini dəqiq yerinə yetirərək Kipr millisinin bərabərlik qolunu vurub – 1:1. Lakin meydan sahibləri hesabdakı tarazlığı uzun müddət qoruya bilməyiblər. 58-ci dəqiqədə Milan Vukotiç Monteneqronu yenidən önə keçirib.

67-ci dəqiqədə Nikola Krstoviç fərqi iki topa çatdırıb. O, 83-cü dəqiqədə daha bir dəfə rəqib qapısına yol taparaq dubl edib və qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 4:1.

Günün digər matçında Latviya və Ermənistan milliləri qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüşdə komandalar qol vura bilməyiblər. Beləliklə, qarşılaşma 0:0 hesabı ilə başa çatıb və hər iki kollektiv turnir cədvəlinə bir xal əlavə edib.







Millətlər liqası

Finlandiya millisi San Marinonu darmadağın etdi
  • Millətlər liqası
  • 23:21 15.11.2026
Finlandiya millisi San Marinonu darmadağın etdi