- Millətlər liqası
- 02:11 16.11.2026
UEFA Millətlər Liqasında Finlandiya millisi San-Marino yığmasını böyük hesabla məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, doqquz qolun vurulduğu qarşılaşma meydan sahiblərinin 7:2 hesablı qələbəsi ilə başa çatıb.
Finlandiya millisi oyuna sürətli başlayıb. Adrian Svanbek 8-ci dəqiqədə hesabı açıb, cəmi doqquz dəqiqə sonra Leo Valta fərqi iki topa çatdırıb. Svanbek 20-ci dəqiqədə daha bir qol vuraraq dublunu rəsmiləşdirib – 3:0.
San-Marino yığması 26-cı dəqiqədə Nikola Nanninin qolu ilə fərqi azaltsa da, finlər fasiləyədək üstünlüklərini yenidən artırıblar. Yoel Pohyanpalo 36-cı və 42-ci dəqiqələrdə rəqib qapısına yol taparaq ilk hissənin yekun hesabını müəyyənləşdirib – 5:1.
İkinci hissədə də qolların sayı artıb. Daniel Hokans 70-ci dəqiqədə Finlandiyanın altıncı qolunu vurub. Altı dəqiqə sonra Nikola Nanni dubl edərək San-Marino yığmasının ikinci qoluna imza atıb.
Lakin qarşılaşmada son sözü meydan sahibləri deyib. Adrian Svanbek 79-cu dəqiqədə matçda üçüncü dəfə fərqlənərək het-trik edib və Finlandiyanın 7:2 hesablı qələbəsini rəsmiləşdirib.