- Millətlər liqası
- 02:11 16.11.2026
Almaniya millisinin baş məşqçisi Yurgen Klopp Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbərliyinin dəyişdirilməsinin vacib olduğunu bildirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə mütəxəssis “Sky Sport Germany”yə açıqlamasında danışıb.
“Artıq rəhbərliyin dəyişdirilməsinin məqsədəuyğun olacağı ilə bağlı demək olar ki, hamı eyni fikirdədir. Elə görünürdü ki, Zepp Blatterdən sonra vəziyyət daha da pisləşə bilməz. Lakin sonda hazırda şahidi olduğumuz vəziyyətlə qarşılaşdıq”
Almaniyalı mütəxəssis FİFA-ya maliyyə maraqlarından daha çox futbolu ön planda tutan şəxsin rəhbərlik etməsinə ümid etdiyini də vurğulayıb.
Qeyd edək ki, FİFA prezidenti Canni İnfantino qurumun kommersiya layihələrinə özəl investorların cəlb edilməsi planlarına görə daha əvvəl tənqidlərə məruz qalıb. Futbol konfederasiyalarının nümayəndələri də bu təşəbbüsə qarşı çıxıblar.