16 noyabr 2026. Bazar ertəsi

Xavi Frenki de Yonqun Almaniya ilə oyunu buraxmasının səbəbini açıqlayıb


Xavi Frenki de Yonqun Almaniya ilə oyunu buraxmasının səbəbini açıqlayıb

Niderland millisinin baş məşqçisi Xavi Ernandes yarımmüdafiəçi Frenki de Yonqun vəziyyəti ilə bağlı açıqlama verib.  

90deqiqe.Az-ın məlumatına görə, baş məşqçi bu barədə “The Touchline” nəşrinə danışıb.

“Frenki de Yonq zədələnməyib. O, sadəcə, yüngül narahatlıq hiss edib. Buna görə də evə getməsinin daha yaxşı olacağına qərar verdik. “Barselona”nın həkimi mənim yaxşı dostumdur. Bu qərarı birlikdə müzakirə etdik”

Qeyd edək ki, futbolçu Millətlər Liqasının VI turunda noyabrın 16-da Almaniyaya qarşı keçiriləcək görüşdə iştirak etməyəcək.Niderland millisi beş oyundan topladığı 11 xalla qrupda liderdir. Yunanıstan və Almaniyanın hərəsinin 8 xalı var. Serbiya isə xalsızdır.







Millətlər liqası

Finlandiya millisi San Marinonu darmadağın etdi
  • Millətlər liqası
  • 23:21 15.11.2026
Finlandiya millisi San Marinonu darmadağın etdi