- Millətlər liqası
- 02:11 16.11.2026
UEFA Millətlər Liqasının A Liqasının qrup mərhələsinin VI turunda Belçika və İtaliya milli komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Brüsseldə keçirilən qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Kral Boduen” stadionunda baş tutan matçın baş hakimi norveçli Espen Eskos olub.
Görüşdə hesabı 11-ci dəqiqədə İtaliya millisinin futbolçusu Françesko Pio Espozito açıb. 15-ci dəqiqədə Maksim De Kuyper tarazlığı bərpa edib. 22-ci dəqiqədə Natan Nqoy Belçikanı önə çıxarıb. Dörd dəqiqə sonra Ceremi Doku meydan sahiblərinin üçüncü qolunu vurub. 80-ci dəqiqədə Dieqo Moreyra yekun hesabı müəyyənləşdirib – 4:1. Əlavə olunmuş vaxtın birinci dəqiqəsində isə Espozito penaltini dəqiq yerinə yetirə bilməyib.
Qrup mərhələsinin yekunlarına əsasən, 12 xal toplayan Belçika A qrupunda ikinci yeri tutaraq turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. İtaliya isə 10 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Millətlər Liqasının 1/4 final mərhələsinin oyunları 2027-ci ilin mart ayında keçiriləcək. Turnirin son qalibi Portuqaliya millisidir. Portuqallar ötən mövsümün finalında İspaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında 5:3 hesabı ilə məğlub ediblər.