16 noyabr 2026. Bazar ertəsi

Xorvatiya Çexiyanı məğlub etsə də, pley-offa yüksələ bilməyib


Xorvatiya Çexiyanı məğlub etsə də, pley-offa yüksələ bilməyib

Xorvatiya millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda Çexiya yığmasını məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, Osiyekdə keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab artıq ikinci dəqiqədə açılıb. Mateo Kovaçiçin başladığı hücumda Dion Bele topu İvan Perişiçə ötürüb. Təcrübəli vinger əlverişli mövqedən dəqiq zərbə ilə topu qapıdan keçirib.

Qoldan sonra Çexiya yığması oyunun gedişini dəyişərək cavab qolunu vurmağa çalışıb. 85-ci dəqiqədə Adam Qlojek hesabı bərabərləşdirib. Lakin Lovro Mayerin qolu Xorvatiyaya qələbə qazandırıb.

Xorvatiya millisi altı xalla qrupda üçüncü yeri tutub və A Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyib. “Vesti Podmoskovya”nın məlumatına görə, Çexiya yığması isə Millətlər Liqasında ardıcıl altıncı məğlubiyyətini alıb və turniri xalsız başa vurub.







Millətlər liqası

Finlandiya millisi San Marinonu darmadağın etdi
  • Millətlər liqası
  • 23:21 15.11.2026
Finlandiya millisi San Marinonu darmadağın etdi