16 noyabr 2026. Bazar ertəsi

İspaniya millisinin futbolçusu zədə səbəbindən oyunu yarımçıq dayandırıb


İspaniya millisinin futbolçusu zədə səbəbindən oyunu yarımçıq dayandırıb

“Barselona”nın mərkəz müdafiəçisi Pau Kubarsi İspaniya millisinin İngiltərə ilə qarşılaşmasında aldığı zədə səbəbindən oyunu davam etdirə bilməyib.

90deqiqe.Az-ın məlumatına görə, Millətlər Liqasının görüşündə İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente 19 yaşlı futbolçunu fasilədə əvəzləmək məcburiyyətində qalıb. Onun əvəzinə meydana Madrid “Real”ının müdafiəçisi Din Heysen daxil olub.

Kubarsi bud nahiyəsindəki narahatlıq səbəbindən oyundan çıxarılıb. Futbolçu klubunun düşərgəsinə qayıtdıqdan sonra “Barselona”nın tibbi heyəti tərəfindən müayinə olunacaq.

Qeyd edək ki, İspaniya millisi doğma meydanda İngiltərəyə 2:3 hesabı ilə uduzub. 2024-cü ildə milli komandada debüt edən Kubarsi bu görüşdə yığmanın heyətində 25-ci oyununa çıxıb.







Millətlər liqası

Finlandiya millisi San Marinonu darmadağın etdi
  • Millətlər liqası
  • 23:21 15.11.2026
Finlandiya millisi San Marinonu darmadağın etdi