- Millətlər liqası
- 01:48 17.11.2026
UEFA Millətlər Liqasının oyununda Qazaxıstan və Slovakiya yığmaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Matçda hesabı 29-cu dəqiqədə İslam Çesnokov açaraq Qazaxıstanı önə keçirib. Fasilədən sonra fəallaşan Slovakiya millisi 58-ci dəqiqədə Robert Bojenikin qolu ilə tarazlığı bərpa edib.
Qazaxıstan yığması 67-ci dəqiqədə Yan Voroqovskinin qolu sayəsində yenidən hesabda önə keçib. Lakin qonaqlar oyunun sonlarına yaxın Adrian Kapralikin qolu ilə məğlubiyyətdən xilas olublar.
Slovakiya millisi 12 xalla qrupda birinci yeri tutaraq B Liqasına yüksəlib. Farer adaları yığması isə 8 xal toplayaraq daha yüksək liqaya vəsiqə uğrunda pley-off mərhələsinə vəsiqə qazanıb.