- Millətlər liqası
- 00:07 17.11.2026
UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda Farer adaları və Moldova yığmaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın taleyini 25-ci dəqiqədə vurulan yeganə qol həll edib. Oki Samuelssen fərqlənərək Farer adaları yığmasına qələbə qazandırıb.
Qalan dəqiqələrdə Moldova millisi hesabı bərabərləşdirməyə çalışsa da, buna nail ola bilməyib. Farer adaları yığması üstünlüyünü qoruyaraq görüşdən üç xalla ayrılıb.
Moldova millisi 7 xalla qrupda üçüncü yeri tutub. Qazaxıstan yığması isə 3 xalla sonuncu – dördüncü pillədə qərarlaşıb.