- Millətlər liqası
- 00:07 17.11.2026
Kriştiano Ronaldonun anası Dolores Aveyru Portuqaliya millisinin Danimarkaya məğlubiyyətinə sevindiyini açıqlayıb.
90deqiqe.Az-ın “A Bola” nəşrinə istinadən məlumatına görə, Aveyru oğluna qarşı hörmətsizlik edildiyini iddia edərək yığmanın ünvanına sərt ittihamlar səsləndirib.
“Əlbəttə, Kriştianu üçün bu, çox ağır və kədərli oldu. Onu sadəcə aldatdılar və bu, mənə də inanılmaz dərəcədə ağrı verir. Millinin Danimarka ilə oyunda məğlubiyyəti tamamilə ədalətli idi. Elə də olmalı idi. Hətta bu nəticəyə ürəkdən sevindim!
Onun möhtəşəm karyerasına həsr olunan təntənəli mərasim mütləq öz iştirakı ilə keçirilməli idi, özü olmadan yox. Ona əsl ehtiram doğma “Sportinq”ində göstəriləcək. Orada onun qədrini həqiqətən bilirlər. Milli komandada isə ona hörmət etmirdilər. Bu, hətta yığmadakı komanda yoldaşlarına da aiddir”, – deyə Dolores Aveyru bildirib.
Qeyd edək ki, Portuqaliya millisi UEFA Millətlər Liqasının qarşılaşmasında Danimarkaya 1:4 hesabı ilə məğlub olub.