- Millətlər liqası
- 00:07 17.11.2026
İslandiya yığması UEFA Millətlər Liqasının qrup mərhələsində Lüksemburq millisini 3:0 hesabı ilə məğlub edərək qrup qalibi olub və B Liqasına vəsiqə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmada hesabı 26-cı dəqiqədə Brinyolfur Darri Vilyumsson açıb. 37-ci dəqiqədə Andri Qudyonsen penaltini dəqiq yerinə yetirərək fərqi iki topa çatdırıb.
Matçda son nöqtəni 50-ci dəqiqədə Mikael-Eqil Ellertsson qoyub.
Beləliklə, İslandiya millisi xallarının sayını 14-ə çatdıraraq qrupda birinci yeri tutub və növbəti mövsüm B Liqasında mübarizə aparmaq hüququ qazanıb.