- Millətlər liqası
- 00:07 17.11.2026
Litva yığması UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn millisini 2:1 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, meydan sahibləri 16-cı dəqiqədə Eligius Yankauskasın qolu ilə hesabı açıblar.
İkinci hissənin əvvəlində, 50-ci dəqiqədə Manfredas Ruzqis fərqi iki topa çatdırıb. Lixtenşteyn millisi isə 60-cı dəqiqədə Aron Zelenin qolu ilə hesab arasındakı fərqi minimuma endirib.
Qarşılaşmanın qalan bölümündə tərəflər fərqlənə bilməyiblər və Litva yığması 2:1 hesablı qələbəsini qoruyub.