- Millətlər liqası
- 00:07 17.11.2026
Maurisio Poçettino ABŞ millisinin baş məşqçisi kimi son oyununa çıxmağa hazırlaşır.
90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, agentinalı mütəxəssis hazırkı iş yeri ilə bağlı fikirlərini bölüşüb və yeni məşqçilər korpusuna arzularını çatdırıb:
“Ümid edirəm ki, yeni məşqçilər korpusu da futbolçularla eyni bağlılığı qura və bu istedadlı komandanın inkişafını davam etdirməsinə imkan verəcək emosional münasibətlər yarada biləcək. Mənim arzum budur və əminəm ki, belə də olacaq. Futbolçular çox peşəkardırlar və hamısı əla insanlardır”.
Qeyd edək ki, ABŞ millisi çərşənbə axşamı KONKAKAF Millətlər Liqasının 1/4 final mərhələsinin cavab oyununda Haiti ilə qarşılaşacaq. İlk matçda amerikalılar 6:0 hesabı ilə qalib gəliblər.Bu görüşdən sonra Poçettino bütün diqqətini “Mançester Yunayted”dəki işinə yönəldəcək.
Əlavə edək ki, Maurisio Poçettino 2024-cü ilin sentyabrından ABŞ millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda KONKAKAF Qızıl Kubokunun finalına yüksəlib və həlledici görüşdə Meksikaya məğlub olub. ABŞ yığması, həmçinin öz meydanında keçirilən dünya çempionatında 1/8 finala qədər irəliləyib.